Sosial şəbəkələrdə yayılan cədvəllərlə bağlı rəsmi açıqlama

TƏHSİL
00:58
11 Mart 2020
177

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov son saatlarda sosial şəbəkələrdə yayılan dərs cədvəlinə münasibət bildirib.

Sabah.az xəbər verir ki, “Facebook”da paylaşım edən qurum rəsmisi bildirib ki, buraxılan dərs günlərinin əvəz ediləcəyi tarixlərlə bağlı ortaya çıxan cədvəllər həqiqəti əks etdirmir: 

“Hörmətli media və sosial şəbəkə istifadəçiləri! Son saatlarda yayılan aşağıda gördüyünüz belə cədvəllər sadəcə özfəaliyyət növü hesab oluna bilər və heç bir həqiqi əsası yoxdur, deməli doğru deyil. Ən mötəbər məlumatı Təhsil Nazirliyinin resurslarından alın”.

Sosial şəbəkələrdə yayılan həmin səhv cədvəli təqdim edirik:

Xəbər lenti