Dərs ili uzadılacaq? - Təhsil naziri danışdı

TƏHSİL
00:18
11 Mart 2020
250

Təhsil Naziriyi buraxılmış dərs müddətinin əvəzlənməsi və bərpa olunması ilə bağlı müxtəlif variantları nəzərdən keçiririr.

Sabah.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov AzTV-yə açıqlamasında deyib.

Nazir bildirib ki, tədris müddəti bərpa olunandan sonra Təhsil Nazirliyi bütün amilləri nəzərə alaraq, Azərbaycanda dərs ili ilə bağlı yekun təkliflər hazırlayıb hökumətə təqdim edəcək.

“Bütün amilləri nəzərə alaraq, Təhsil Nazirliyi olaraq yekun təklifləri hazırlayıb hökumətə təqdim edəcəyik. Tədris ili bağlı qərarların verilməsi hökumətin səlahiyyətindədir. Bütün məqamları nəzərə alaraq, ölçüb-biçib təklif hazırlayacağıq”, - deyə Ceyhun Bayramov əlavə edib.

Xəbər lenti