Türkiyədə təyyarə uçuş zolağından çıxaraq parçalandı - Fotolar

DÜNYA
09:38
6 Fevral 2020
65

Sərnişin təyyarəsi İstanbulun Sabiha Gökçen hava limanına enərkən uçuş zolağından çıxaraq 3 hissəyə parçalanıb.

Sabah.az xəbər verir ki, qəza nəticəsində 3 nəfər həyatını itirib. Türkiyənin səhiyyə naziri Fahrettin Koca digər sərnişinlərin səhhəti ilə bağlı verdiyi açıqlamada hazırda reanimasiyada 3 nəfərin olduğunu bildirib. Digər yaralı 179 sərnişinin ümumi vəziyyəti yaxşıdır.

Qeyd edək ki, qəza törədən "PC2193" nömrəli təyyarə "Pegasus" hava yollarına məxsusdur.

Xəbər lenti