Avqustun birinci yarısında bu imtahanlar keçiriləcək

TƏHSİL
12:10
5 İyul 2021
595

Dövlət İmtahan Mərkəzi avqust ayının birinci yarısında keçiriləcək imtahanlar haqqında məlumat yayıb.

DİM-dən Sabah.az-a bildirilib ki, avqustun 4-də hərbi liseylərə qəbul imtahanı, rezidenturaya qəbul imtahanı (1-ci mərhələ 2-ci cəhd) keçiriləcək.

Avqustun 11-də dövlət qulluğuna qəbul imtahanı (B növü), ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə: əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan, iyun ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün buraxılış imtahanı, həmçinin eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı keçiriləcək.

Avqustun 12-də isə 9 və 11 illik təhsil səviyyəsi üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanı baş tutacaq.

Xəbər lenti