Norveçin müdafiə naziri karantinə alındı

DÜNYA
20:23
10 Mart 2020
116

Norveçin müdafiə naziri Frank Bakke-Yensen koronavirusa (COVID-19) yoluxma şübhəsi ilə karantinə alınıb.

Sabah.az xəbər verir ki, bu səbəbdən nazirin ziyarət və görüşlərini təxirə salınıb.

"Müdafiə naziri yaxın vaxtlarda ziyarət və görüşləri ləğv edir, çünki o, koronavirusun daşıyıcısı ola bilər", - deyə "Aftenposten" nəşri nazirin özünə istinadən məlumat yayıb.

Mənbədə qeyd olunub ki, ona hələ son diaqnoz qoyulmayıb. Lakin virusa yoluxması təsdiqlənsə, nazirlik xəstəliyin yayılmaması üçün bütün tədbirləri görəcək.

Xəbər lenti