Ermənistanda bütün səslər sayıldı - Paşinyan qalib gəldi

DÜNYA
09:20
21 İyun 2021
1289

Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində bütün 2008 seçki məntəqələrindən əldə olunmuş səslər sayılıb.

Sabah.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumata görə, Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası növbədənkənar parlament seçkilərində qalib gəlib.

MSK-nın məlumatına görə, 1 281 911 bülleten sayıldıqdan sonra Nikol Paşinyanın partiyasının 53,92% (687 251 seçici), keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun isə 21,04% (268 165 seçici) səs topladığı təsdiqlənib.

“Mənim şərəfim var” bloku 5,23% (66 633 seçici), “Çiçəklənən Ermənistan” partiyası isə 3,96% (50 416 seçici) seçicinin dəstəyini qazanıb.

“Aydınlanmış Ermənistan” – 1,22% (15 557 seçici), Erməni Milli Konqresi – 1,54% (19 647 seçici) səslə onların ardınca gəlir.

Xəbər lenti