İranın yeni Prezidenti seçildi - Yenilənib

DÜNYA
11:19
19 İyun 2021
1333

İranda keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Sabah.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, səsvermə nəticələrinə əsasən, məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi 17.8 milyon səslə liderdir.

Mohsen Rezaei 3.3 milyon, Abdolnaser Hemmati 2.4 milyon və Hüseyn Qazizadə Haşemi isə 1 milyon səslə sonrakı sıralarda yer alır.

Xatırladaq ki, ölkənin hazırki Prezidenti Həsən Ruhani bu vəzifədə artıq ikinci dönəminin sonuna gəldiyindən seçkilərdə iştirak etmir.

Qeyd edək ki, İranda prezident seçkilərində ümumilikdə 28.6 milyon nəfər iştirak edərək səs verib.

***

“Tasnim”in yazdığına görə, bülletenlərin 90%-indən çoxu artıq sayılıb və İbrahim Rəisi ölkənin 8-ci Prezidenti seçilib.

Xəbər lenti