İtkin erməni hərbçilərin sayı açıqlandı

DÜNYA
17:49
17 İyun 2021
574

Ötən il Qarabağ müharibəsində itkin düşmüş erməni hərbçiləri ilə bağlı son rəqəm açıqlanıb.

Sabah.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin 16 iyun 2021-ci il tarixinə olan məlumatına görə, ölkənin itkin hərbi personalının sayı 275 nəfərdir.

Daha əvvəl Ermənistanın üçüncü Prezidenti Serj Sarkisyan Kotayk bölgəsindəki seçiciləri ilə görüşdə Qarabağdakı 44 günlük müharibə zamanı itkin düşənlərin sayının 1064 nəfər olduğunu bildirmişdi. Sarkisyan sübut olaraq Hərbi Xidmət Sığorta Fondundan ağır yaralı və itkin düşmüş əsgər ailələrinə edilən yardım sayını göstərən sənəd təqdim etmişdi.

Xəbər lenti