Portuqaliya Prezidenti karantinə alındı

DÜNYA
22:58
9 Mart 2020
72

Portuqaliya Prezidenti Marselo Rebelo de Souza karantinə alınıb.

Sabah.az BBC-yə istinadən xəbər verir ki, 71 yaşlı dövlət başçısının iki həftə müddətinə bütün rəsmi görüşləri ləğv edilib.

Prezident bir neçə gün əvvəl məktəbliləri qəbul etdikdən sonra bu qərarı verib. Belə ki, həmin uşaqların oxuduğu məktəbdə bir şagird koronavirusa yoluxub. Bu hadisədən sonra isə Marselo Rebelo de Souza öz istəyi ilə karantinə alınıb.

Xəbər lenti