Təhsil naziri “Son zəng”i Tapqaraqoyunluda çaldı - Fotolar
Təhsil naziri Emin Əmrullayev bu gün Goranboy rayonunda keçirilən “Son zəng” tədbirində iştirak edib.
Sabah.az xəbər verir ki, bu barədə sosial media hesabında yazan E.Əmrullayev rayonun Tapqaraqoyunlu kənd məktəbində keçirilən “Son zəng” tədbirinə qatıldığını bildirib:
“Bu gün “Son zəng”i Goranboy rayonu Tapqaraqoyunlu kənd tam orta məktəbində qarşılayırıq. 1993-cü ildən Azərbaycanın Milli Qəhrəmanı, məktəbin məzunu, şəhid Niyazi Aslanovun adını daşıyan məktəb hər iki Qarabağ müharibəsi zamanı daim atəşə məruz qalıb. Neçə-neçə uğurlu məzun yetişdirən bu məktəbi daha 21 şagird bitirir. Məzunlarımız “Son zəng”i Qələbə sevinci ilə yola salırlar”.
Daha çox