Peyvəndin ikinci dozasını 56 günə qədər vurdurmaq olar - Rəsmi

SƏHİYYƏ
15:24
10 İyun 2021
825

“Vaksin iki dozada vurulur. Peyvəndin ikinci dozasını 56 günə qədər vurdurmaq olar”.

Sabah.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupun üzvü Nailə Daşdəmirova "COVID-19 Sertifikatı" mövzusunda çıxışında deyib.

O bildirib ki, müəyyən səbəblər olubsa və həmin şəxs 28 gün sonra peyvənd vurdura bilməyibsə, o zaman peyvəndi vurdurmaq mümkündür:

“Əgər ikinci dozanı vurdurmaq 56 günü keçibsə, o zaman həmin şəxs 6 aydan sonra yenidən 1 və 2-ci doza vaksin almalıdır”.