Türkiyədə ard-arda qar uçqunları - Ölənlər var + Fotolar

DÜNYA
16:22
5 Fevral 2020
61

Türkiyənin Van vilayətində qar uçqunu baş verib.

Sabah.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 8 nəfər həlak olub.

Ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, uçqun altında 10-15 nəfər qala bilər.

Hazırda itkin düşənlərin axtarışları aparılır.

Qeyd olunur ki, birinci uçqun baş verdikdən sonra, itkin düşənlərin axtarışları davam edərkən ikinci uçqun baş verib.

Qar uçqununda Prezident Rəcəb Tayyib Ərdoğanın müşaviri Gülşən Orhan da xəsarət alıb. O, uçqunun altından çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Xəbər lenti