Məktəbəqədər təhsil müəssisələrinə qəbul qaydaları dəyişdirilir

TƏHSİL
12:49
1 İyun 2021
595

“Məktəbəqədər təhsil haqqında” qanuna dövlət məktəbəqədər təhsil müəssisəsinə qəbulla bağlı dəyişikliklər edilməsi təklif edilir.

Sabah.az xəbər verir ki, qanunun 8.9-cu maddəsinə əsasən Vətən Müharibəsi iştirakçılarıyla bağlı bənd əlavə edilir. 

Belə ki, yeni dəyişikliyə görə, dövlət məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə, şəhid ailələrinin, Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçılarının, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, tək işləyən valideynlərin, orqanizmin funksiyalarının 61-100 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş, hərbi xidmətdə olan valideynlərin, təhsilalan anaların uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edilirlər.

Qeyd edək ki, layihənin parlamentin növbədənkənar iclasında müzakirə edilməsi gözlənilir.

Xəbər lenti