“Məktəblərdə tətilin 1 mayadək uzadılması məlumatı doğru deyil” - Rəsmi açıqlama

TƏHSİL
09:07
9 Mart 2020
292

"Nazirlər Kabinetininin operativ Qərargahı adından Təhsil Nazirliyinin saytında güya məktəblərdə tətilin 1 mayadək uzadılması haqqında məlumat doğru deyil, yanlışdır".

Sabah.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkə hesabında yazıb.

"Xahiş edirik, rəsmi xəbərlərə istinad edin", - deyə o əlavə edib.

Qeyd edək ki, Nazirlər Kabinetinin Sərəncamına əsasən koronavirusa yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınıb.

Xəbər lenti