Anna Naqdalyan da istefaya getdi

DÜNYA
16:44
31 May 2021
611

Ermənistan hökumətində yenidən kütləvi istefalar başlayıb.

Sabah.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan da istefa verib. Bu barədə o, öz feysbuk səhifəsində yazıb.

Naqdalyan işinə diplomatik sferada davam edəcəyini bildirib.

Qeyd edək ki, mayın 27-də Ermənistan XİN rəhbəri Ara Ayvazyan, bu gün isə onun müavini Qaqik Qalatsyan istefa verib.