Zelenski İlham Əliyevi təbrik etdi - Yenilənib

DÜNYA
13:27
28 May 2021
476

Ukrayna Prezidenti Vladimir Zelenski öz rəsmi tvitter səhifəsində Azərbaycanın Respublika Günü münasibətilə təbrik yazıb.

Sabah.az xəbər verir ki, Ukrayna liderinin təbrik mesajında deyilir:

“Dövlətlərimiz arasındakı strateji tərəfdaşlığı yüksək qiymətləndirirəm. Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”.

O, həmçinin ikitərəfli tərəfdaşlığa dair dialoqun davam etdiriləcəyinə inandığını bildirib.

***

Ukraynanın Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Ukrayna dövlətlərimiz arasında mövcud strateji tərəfdaşlığı, Ukrayna və Azərbaycan xalqları arasındakı ənənəvi möhkəm əlaqələri, habelə qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli əməkdaşlığın gələcək inkişafı üçün göstərilən qətiyyəti yüksək dəyərləndirir.

Bizim dövlətimiz Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyir. Əminəm ki, hər bir azərbaycanlı bu məqsədin gerçəkləşməsi yolunda qəti liderliyinizi dəstəkləyir.

İnanıram ki, Ukrayna və Azərbaycan arasındakı münasibətlər daha da möhkəmlənəcək və dövlətlərimizin xalqlarının rifahı naminə yeni nailiyyətlərlə zənginləşəcək.

Ümidvaram ki, 2021-ci ilin avqust ayında Ukraynanın müstəqilliyinin 30 illiyinin təntənəli surətdə qeyd edilməsi tədbirləri çərçivəsində Sizi Kiyevdə salamlamaq və ikitərəfli tərəfdaşlığa dair bütün kompleks məsələlər barədə dialoqumuzu davam etdirmək fürsətim olacaq.

Cənab Prezident, məsuliyyətli ali dövləti fəaliyyətinizdə Sizə uğurlar, dost Azərbaycan xalqına isə sülh və tərəqqi arzu edirəm”.

Xəbər lenti