Ter-Petrosyandan Ermənistanda vətəndaş müharibəsi ilə bağlı xəbərdarlıq

DÜNYA
09:37
28 May 2021
857

Ermənistanda hakimiyyət və ölkənin sabiq dövlət başçısı - ikinci prezidentin tərəfdarları arasında aydın antaqonizm mövcuddur.

Sabah.az xəbər verir ki, bu barədə Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.

"Ermənistanda daxili siyasət partlayış təhlükəsi törədir, vəziyyət az qala vətəndaş müharibəsinə keçmək təhlükəsindədir. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan və sabiq prezident Robert Koçaryanın tərəfdarları arasında kəskin antaqonizm mövcuddur. Əgər bu düşmənçilik dayanmasa, nəyin olacağını təsəvvür etmək dəhşətlidir. Hər iki tərəf ölüm və qalım məsələsini həll edir", - o qeyd edib.

Ter-Petrosyan ölkədəki parlament idarəetmə üsulunu da tənqid edib: "Parlament idarəetmə sistemi Ermənistanı məhvə aparır. Mütləq prezident idarəçilik sisteminə qayıtmaq lazımdır. Parlament sisteminə keçid Serj Sarkisyanın ən böyük səhvi idi. Bu qərar onun öz başına bəla oldu".

Levon Ter-Petrosyanın fikrincə, Ermənistanı olduqca ağır günlər gözləyir.

Xəbər lenti