Çində karantinə alınanların qaldığı otel çökdü - Video

DÜNYA
20:47
7 Mart 2020
107

Çində koronavirusla bağlı karantin yeri olaraq istifadə edilən otel çöküb.

Sabah.az “Ria Novosti”yə istinadən xəbər verir ki, hadisə Fujian əyalətinin Quanzhou şəhərində baş verib.

İlkin məlumatlara görə, 34 nəfər xilas edilsə də, dağıntılar altında 70 nəfər qalıb. Həmin şəxslərin çıxarılması üçün çalışmalar davam etdirilir.

Qeyd olunub ki, 2018-ci ildə açılan otel 6 mərtəbəlidir və 80 otağı var.

Xəbər lenti