İmtahanlarda COVID-19 pasportu tələb olunacaq?

TƏHSİL
11:37
26 May 2021
754

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanlarda COVID-19 pasportunun tələb olunub-olunmayacağı məsələsinə aydınlıq gətirib.

Sabah.az xəbər verir ki, o qeyd edib ki, qəbul imtahanlarında 18 yaşından cavan olanlar iştirak edir. Onlar isə hələ peyvənd olunmur. Onlardan sadəcə sağlam olmaları barədə bəyannamə tələb olunur:

“COVID-19 pasportu sadəcə nəzarətçi müəllimlərdən tələb oluna bilər. Bunu nəzərdən keçirə bilərik. Çünki onlar kənardan gələn şəxslərdir. Bizim işçilərin hamısı peyvənd olunub. İşçilərimizdən 68 nəfər koronavirusdan sağalıb, bir əməkdaşımız isə vəfat edib”.

Xəbər lenti