İtaliyada partiya sədri də koronavirusa yoluxdu

DÜNYA
18:35
7 Mart 2020
82

Hazırda dünyada koronavirusun ən çox yayıldığı ölkələrdən olan İtaliyada tanınmış siyasətçi də bu virusa yoluxub.

Sabah.az “Haber Türk”ə istinadən xəbər verir ki, bu, hökumətdə təmsil olunan Demokratik Partiyanın lideri Nikola Zinqarettidir.

“Facebook” hesabından video paylaşan 54 yaşlı partiya sədri “məndə də koronavirus aşkarlandı” deyib. O bildirib ki, evdə karantində saxlanılır.

Qeyd olunub ki, İtaliyada indiyə qədər 4636 nəfərdə koronavirus aşkarlanıb, onlardan 197-i ölüb.

Xəbər lenti