Türkiyə təhsil nazirinin Azərbaycana səfəri təsdiqləndi
Mayın 20-də təhsil naziri Emin Əmrullayev Türkiyənin Azərbaycandakı yeni səfiri Cahit Bağcı və Türkiyə Maarif Vəqfinin sədri Birol Akgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Sabah.az xəbər verir ki, görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Həmçinin mayın sonunda Türkiyə milli təhsil naziri Ziya Selçukun ölkəmizə gözlənilən səfərinin əhəmiyyəti vurğulanıb.
Görüşün sonunda Azərbaycan Təhsil Nazirliyi ilə Türkiyə Maarif Vəqfi arasında Protokol imzalanıb.
Xatırladaq ki, ötən ay Türkiyə təhsil nazirinin Azərbaycana səfər edəcəyi barədə məlumat yayılmışdı.
Daha çox