Belarusda hərbi təyyarə qəzaya düşdü, iki pilot öldü

DÜNYA
15:13
19 May 2021
54

Belarus Silahlı Qüvvələrinin Yak-130 təyyarəsinin Brest bölgəsindəki Baranoviçi yaxınlığında qəzaya uğraması nəticəsində iki pilot həlak olub.

Sabah.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qəza texniki nasazlıq səbəbindən baş verib:

"Təlim-məşq uçuşu zamanı ekipaj texniki nasazlıq aşkar edib. Pilotlar cəsarət və qəhrəmanlıq nümayiş etdirərək təyyarəni yaşayış məntəqəsindən uzaqlaşdırmağa çalışıblar. Təyyarənin düşmə trayektoriyasının yaşayış evlərindən kənarda olduğuna əmin olduqdan sonra pilotlar katapult ediblər. Təəssüf ki, hər iki pilot həlak olub. Başqa həlak olan və dağıntı yoxdur. Qəzanın nəticələrini Fövqəladə Hallar Nazirliyi aradan qaldırıb. Hadisə yerinə Belarus müdafiə nazirinin müavinin başçılıq etdiyi komissiyası gəlib”.

Xəbər lenti