İrəvanın sabiq meri saxlanıldı

DÜNYA
11:59
18 May 2021
77

Ermənistanın keçmiş nəqliyyat və rabitə naziri, İrəvanın sabiq meri Qaqik Beqleryan tutulub.

Sabah.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o, Moskavdan Yerevana qayıdan zaman Zvratnos hava limanında saxlanılıb.

Q.Beqleryan külli miqdarda dövlət vəsaitini mənimsəməkdə, vəzifəsindən sui-istifadədə və digər cinayətlərdə ittiham olunur. Onun barəsində 2020-ci ilin martından axtarış elan olunub.

Qeyd edək ki, sabiq mer 2018-ci ildəki hakimiyyət dəyişikliyindən sonra Ermənistandan getmişdi.

Xəbər lenti