Ukrayna kiberordu qurur

DÜNYA
14:42
15 May 2021
56

Ukraynada yaxın zamanda milli kiber qüvvələrin qurulmasına dair bir sənəd imzalanacaq.

Sabah.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov “Ukraina” televiziyasına açıqlamasında deyib.

O bildirib ki, sözügedən sənəd Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən imzalanacaq: “Kiberqüvvələrin qurulmasına dair qərar müvafiq iclasda olan 21 üzvün hamısı tərəfindən qəbul edildi. Yaxında prezidentin bununla bağlı qərar imzalayacağını düşünürəm”.

Xəbər lenti