Rusiya İranla sərhədi bağladı

DÜNYA
01:10
7 Mart 2020
113

Rusiya hökuməti İrandan gələn əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri ölkəyə buraxmayacaq.

Sabah.az xəbər verir ki, bu barədə Rusiyanın Nazirlər Kabineti qərar qəbul edib.

Sərəncama əsasən, Rusiya hökuməti İrandan təhsil, iş və ya turizm üçün gələn xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin sərhədi keçidini müvəqqəti olaraq dayandırmaq barədə qərar qəbul edib. Bu addım koronavirusun yayılması ilə bağlıdır.

Bildirilib ki, sərhəd martın 7-dən etibarən bağlanacaq.

Xəbər lenti