Kiçik və böyük summativ qiymətləndirmələr birləşdiriləcək - Rəsmi
17:10
8 May 2021
562“Summativ testlərin əyani formada keçirilməsi planlaşdırılır”.
Sabah.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsi üzərindən ona ünvanlanan sualları cavablandırarkən deyib.
Nazir bildirib ki, pandemiya dövrü nəzərə alınaraq, kiçik və böyük summativ testlər birləşdiriləcək:
“Bir dəfə yekun qiymətləndirmə etməklə, yarımillik qiymət çıxarılacaq”.
E.Əmrullayev qeyd edib ki, şagirdlərə az yük düşməsi şərtilə qiymətləndirmə aparılacaq.
Daha çox