Türkiyəli nazirə qarşı sui-qəsd planı - Saxlanılan var

DÜNYA
20:57
6 Mart 2020
96

Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varanka qarşı təşkil olunmuş sui-qəsd planının qarşısı alınıb.

Sabah.az “CNN Türk”ə istinadən xəbər verir ki, sözügedən plan Hakkari vilayətində PKK terrorçularına qarşı həyata keçirilmiş əməliyyat zamanı üzə çıxıb.

Bildirilir ki, ələ keçirilən terrorçunun telefonunda Mustafa Varankın şəkli tapılıb. Məlum olub ki, PKK İstanbulda şəhid cənazələrinə, insanların toplandığı ərazilərə və nazir Mustafa Varanka sui-qəsd planı hazırlayırmış.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti