Ermənistan prezidenti barədə cinayət işi açıldı

DÜNYA
15:58
3 May 2021
106

Ermənistan baş prokurorluğu ölkə prezidenti Armen Sarkisyanın ikili vətəndaşlıq faktını gizlətməsi barədə cinayət işi açıb.

Sabah.az xəbər verir ki, bu barədə Ermənistanın Vəkillər Palatasının rəhbəri Ara Zohrabyan feysbuk səhifəsində yazıb.

O bildirib ki, prokurorluq cinayət işini 53 vəkilin 30 mart tarixli müraciəti əsasında sənədlərin saxtaşdırılması maddəsi ilə açıb.

Qeyd olunur ki, Armen Sarkisyan 2003-2012-ci illərdə Böyük Britaniya vətəndaşlığına malik olub.

Ermənistan qanunlarına əsasən, ölkə prezidenti seçilməmişdən altı il əvvəl Ermənistan vətəndaşlığı almalıdır.

Vəkillər iddia edir ki, A.Sarkisyan 2018-ci ildə 6 il tam başa çatmamış, qanunu pozmaqla prezident seçilib.

Xəbər lenti