Türkiyə XİN-dən erməni terrorunun qurbanı olan diplomatlarla bağlı paylaşım

DÜNYA
13:50
24 Aprel 2021
60

Türkiyə Xarici İşlər Nazirliyi erməni terrorunun qurbanı olmuş türk diplomatlarla bağlı tvitter hesabında paylaşım edib.

Sabah.az-ın məlumatına görə, paylaşımda deyilir:

“Yalanlar sadəcə tarixi təhrif etmir, günahsız canları da alır. Erməni terrorunun şəhid etdiyi həmkarlarımızı unutmadıq, əsla unutmayacağıq!

Rahat uyusunlar, heç bir yalana və təzyiqə boyun əyməyəcəyik”.

Paylaşımda erməni terrorunun qurbanı olmuş şəhid diplomatların siyahısı da yer alıb.

Xəbər lenti