Şoyqu və Arutyunyan sülhməramlıları müzakirə etdi

DÜNYA
12:27
24 Aprel 2021
59

Rusiya və Ermənistanın müdafiə nazirləri Sergey Şoyqu ilə Vaqarşaq Arutyunyan arasında telefon danışığı olub.

Sabah.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Tərəflər Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyətini, Ermənistan ordusunda aparılan islahatları və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Xəbər lenti