Bu ölkədə koronavirusla bağlı növbəti rekord artım

DÜNYA
09:40
24 Aprel 2021
167

Hindistanda yeni növ koronavirusa sutkalıq yoluxma sayı 346 786-ya çatıb, 2,6 mindən çox insan ölüb. Bu, pandemiyanın başlanğıcından bəri qeydə alınan ən yüksək göstəricidir.

Sabah.az xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə Nazirliyinin açıqlamasında qeyd olunub.

Hindistan koronavirusa yoluxma sayına görə dünya ölkələri arasında ikinci yerdə qərarlaşıb. Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkədə 16,6 milyondan çox COVID-19 xəstəsi qeydə alınıb, 13,8 milyondan çox insan sağalıb, 189,5 min nəfər ölüb.

Xatırladaq ki, Hindistanda koronavirus xəstələrinin sayında artım fevral ayının ortalarından bəri davam edir. Nəticədə COVID-19-dan müalicə alanların sayı 2,55 milyonu ötüb.

Xəbər lenti