Türkiyə müdafiə naziri Ermənistana çağırış etdi

DÜNYA
15:45
22 Aprel 2021
106

“Həqiqətə əsaslanan bir yanaşma ilə həqiqətən maraqlananlar Vaşinqtondakı ABŞ Milli Arxivlər və Qeydlər İdarəsində (NARA) General Harbordun məruzəsini tapa bilərlər. Hesabatın surətləri Ağ Evə və Senata göndərilib”.

Sabah.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Amerikanın “RealClearDefence” jurnalında dərc olunan 1915-ci il hadisələri ilə bağlı məqaləsində qeyd edib.

Türkiyəli nazir xatırladıb ki, 2005-ci ildə Türkiyənin Baş naziri olan Rəcəb Tayyib Ərdoğanın Ermənistan Prezidentinə bir məktub göndərərək tarixçilərdən ibarət ortaq komissiya yaradılmasını təklif edib.

“Bu komissiya araşdırmalarını Türkiyə, Ermənistan və digər üçüncü ölkələrin arxivlərində aparmalı və nəticələri beynəlxalq ictimaiyyətə təqdim etməli idi. Bu məsələni araşdırdım və təklifin hələ də qüvvədə olmasına şadam. Ancaq təəssüf ki, Türkiyə hələ də cavab almayıb və Ermənistan da arxivlərini açmayıb”,- deyə H.Akar vurğulayıb.

Türkiyə MN rəhbəri məqaləsində Ermənistan rəhbərliyini Türkiyənin çağırışlarına qulaq asmağa və sülhə çağırıb.

“Sülhə investisiya qoymağı seçsələr, bütün bölgə üçün siyasi və iqtisadi dividentlər yüksək olacaqdır. Türkiyə ABŞ kimi müttəfiqləri də daxil olmaqla üçüncü ölkələrin bu yeni yanaşmanı tətbiq etməyə kömək etmələrini və ya tarixi mübahisələri siyasiləşdirmək cəhdlərindən çəkinmələrini istərdi”,- deyə Akar əlavə edib.