Paşinyana etirazlardan sonra Mehri merinə cinayət işi açıldı

DÜNYA
12:59
22 Aprel 2021
86

Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən gün səfəri zamanı etirazların baş verdiyi Mehri şəhərinin meri Mxitar Zakaryan barəsində cinayət işi başlanıb.

Sabah.az “Sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan İstintaq Komitəsinin rəsmisi məlumat verib.

Mehri şəhərinin meri barəsində Ermənistan Cinayət Məcəlləsinin 258-ci maddəsinin 1-ci və 3-cü bəndləri (xuliqanlıq, bir qrup şəxs tərəfindən ictimai asayişin qəsdən pozulması), 316-cı (hökumət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələri ilə cinayət işi başladılıb.

M.Zakaryanın vəkili Qayane Papoyan bildirib ki, mer polisin müşayiəti ilə paytaxt İrəvana gətirilib.

Xatırladaq ki, ötən gün Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin cənubuna səfəri etirazlarla müşayiət olunub. Syunik bölgəsinin Əkərək kəndində Paşinyan “Nikol vətən xainidir”, “Nikol, get!” şüarları ilə qarşılanıb.

Təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında qarşıdurma yaşanıb. Kəndi tərk etməyə məcbur qalan Paşinyan Mehri və Kəcəranı ziyarət etməkdən də imtina etməli olub. Paşinyan təhlükəsizlik qüvvələrinin rəhbərlərinə Mehri və Əkərək şəhərlərindəki etirazların təşkilatçılarını cəzalandırmağı tapşırıb.

Xəbər lenti