Rusiya ABŞ-ın 10 diplomatını ölkədən çıxarır

DÜNYA
17:49
21 Aprel 2021
66

ABŞ səfirliyinin 10 əməkdaşı Rusiya Xarici İşlər Nazirliyi tərəfindən "persona non qrata" elan olunub.

Sabah.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Qeyd olunub ki, bununla bağlı nota ABŞ-ın Rusiyadakı səfirinin müavini Bartle Qormana təqdim olunub. Həmin şəxslər mayın 21-i günün sonunadək Rusiya ərazisini tərk etməlidirlər.

Bu addımın Amerika tərəfinin Rusiyanın Vaşinqtondakı səfirliyinin və Nyu-Yorkdakı baş konsulluğunun əsassız olaraq "persona non grata" elan edilmiş bir sıra əməkdaşlarına qarşı düşmənçilik hərəkətlərinə "güzgü" cavabı olduğu vurğulanıb.

Nazirlik əlavə edib ki, yaxın gələcəkdə ABŞ-ın son anti-Rusiya sanksiyaları "dalğasına" kompleks cavab tədbirlər çərçivəsində növbəti addımlar atılacaq.

Xəbər lenti