Koronavirusun yayıldığı ölkələrə səfər edənlərin nəzərinə - Rəsmi
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) kliniki sağlam olan, lakin COVİD - 19 virus xəstəliyi yayılan ölkələrə səyahət edən şəxslər üçün tövsiyələr verib.
Sabah.az xəbər verir ki, fərdi təcrid olunmanı ön plana çəkən qurum respirator xəstəlik əlamətləri - qızdırma, öskürək, ürəkbulanma, nəfəs darlığı olan zaman vətəndaşları diqqətli olmağa çağırıb:
“Müşahidə müddətində (14 gün ) mümkün qədər evinizi tərk etməyin, insanların sıx toplandığı yerlərə getməyin, şəxsi gigiyena qaydalarına ciddi riayət edin. Tez-tez əllərinizi su və sabunla 20 saniyə ərzində yuyun. İstifadə etdiyiniz dəsmaldan ailə üzvlərinizin istifadə etməsinə yol verməyin.
Özünüzdə respirator xəstəlik əlamətləri hiss etdiyiniz halda dərhal 104 və ya 113 Təcili yardım nömrələrinə zəng edin və həkim müayinəsindən keçin”.
Daha çox