Sünikdə Paşinyanın səfərinə etiraz aksiyası - Video
11:24
21 Aprel 2021
75Ermənistanın Sünik bölgəsində (Zəngəzur - red.) Baş nazir Nikol Paşinyanın gəlişinə qarşı etiraz aksiyası keçirilir.
Sabah.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat verib.
Etirazçılar küçələri bağlayaraq Paşinyanın kortecinin keçməsinə icazə vermirlər.
Aksiya zamanı polislə etirazçılar arasında qarşıdurma yaranıb.
"Mediaport" teleqram kanalının yayımladığı məlumata görə, sakinlər "xain Nikol" şüarları səsləndirərək Paşinyanın ərazini tərk etməsini tələb edirlər.
Daha çox