Çad Prezidenti döyüşdə həlak oldu

DÜNYA
15:54
20 Aprel 2021
76

Çad Prezidenti İdris Debi ölkənin şimalında davam edən qarşıdurmalarda yaralanaraq həlak olub.

Sabah.az xəbər verir ki, bu barədə “France Press” nəşri məlumat verib.

Debinin ölkənin şimalındakı üsyançılara qarşı döyüş əməliyyatları zamanı orduya komandanlıq etdiyi qeyd olunur.

“Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İdris Debi İtno döyüş meydanında ərazi bütövlüyünü qorumaq uğrunda son nəfəsini verdi. Çad xalqına ölüm xəbərini dərin kədərlə çatdırırıq”, - deyə Ordu sözçüsü general Azem Bermandoah Aquna açıqlama verib.

Qeyd edək ki, İdriss Debi İtno aprelin 11-də keçirilmiş seçkilərdə altıncı dəfə Çad Prezidenti seçilmişdi. Seçkilərin nəticələri bu gün rəsmən təsdiqlənmişdi.

Xəbər lenti