Valideynlər Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirdi
Bu gün bir qrup valideyn Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.
Sabah.az APA-ya istinadən xəbər verir ki, onların etirazına səbəb övladlarının məlumatlarının “Şagird-məzun” elektron sisteminə daxil edilməməsi səbəbindən həmin şagirdlərin buraxılış imtahanına buraxılmaması olub.
Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirilib ki, Yeni Qala qəsəbəsində yerləşən Xəzər rayonu, 323 nömrəli tam orta məktəbin bir qrup valideyni 19 aprel tarixində Təhsil Nazirliyin məsul şəxsləri tərəfindən qəbul edilib. Məsələ müzakirə olunub və müsbət istiqamətdə həll olunacağına dair qərara gəlinib.
***
Bakı şəhəri 323 nömrəli tam orta məktəbin 32 nəfər XI sinif şagirdinin texniki xəta səbəbindən buraxılış imtahanlarında iştirak edə bilməməsi ilə bağlı yaranan problem şagirdlərin xeyrinə müsbət həllini tapıb.
Bu barədə Sabah.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib: "Məsələ ilə bağlı valideynlərə məlumat verilib. Həmin şagirdlərin "Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi təmin olunub. Qeyd olunan şagirdlər DİM tərəfindən təşkil olunacaq buraxılış imtahanlarında iştirak edə biləcəklər.
Məsələnin həllinə operativ yanaşmadığına görə məktəb rəhbərliyi haqqında müvafiq ölçü götürüləcək".
Daha çox