Rusiyada Ukrayna konsulu saxlanıldı

DÜNYA
11:49
17 Aprel 2021
55

Sankt-Peterburqda Ukraynanın konsulu saxlanılıb.

Sabah.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 16-da Ukraynanın Sankt-Peterburqdakı Baş konsulu Aleksandr Sosonyuk Rusiya vətəndaşı ilə görüşüb ölkənin hüquq-mühafizə orqanlarının və Federal Təhlükəsizlik Xidmətinin məlumat bazalarından götürülən gizli xarakterli məlumatı alarkən saxlanılıb.

Məlumatda qeyd olunub ki, xarici diplomata qarşı beynəlxalq hüquq normalarına uyğun tədbirlər görüləcək.

Xəbər lenti