Bu gün buraxılış imtahanı var

TƏHSİL
09:03
16 Aprel 2021
72

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün növbəti tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirəcək.

Mərkəzdən Sabah.az-a verilən məlumata görə, imtahanlarda 18 min 367 şagirdin iştirak edəcəyi gözlənilir.

Buraxılış imtahanı Bakı şəhərinin Binəqədi, Nizami, Səbail, Suraxanı rayonları, Gəncə şəhərinin Nizami rayonu, Ağcabədi, Ağstafa, Astara, Oğuz, Şamaxı, Saatlı rayonları və Sumqayıt şəhərində keçiriləcək.  

İmtahanlar saat 11:00-da başlayacaq. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahanlarda 18 367 şagirdin iştirakı nəzərdə tutulur.

Xəbər lenti