ABŞ səfiri Rusiya XİN-ə çağırıldı

DÜNYA
17:20
15 Aprel 2021
75

ABŞ səfiri yeni sanksiyalarla əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Sabah.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama verib.

“ABŞ səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırıldı. Amerika tərəfi üçün çətin keçəcək bu söhbətin nəticələri barədə əlavə məlumatları sizinlə bölüşəcəyik”, - deyə Zaxarova bildirib.

Qeyd edək ki, bu gün ABŞ Prezidenti Co Bayden Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı fərman imzalayıb.

Həmçinin, NATO ABŞ-ın Rusiyaya tətbiq etdiyi yeni sanksiyaları dəstəklədiyini açıqlayıb.

Xəbər lenti