Ermənistanda sürücü hərbçiləri vurdu, ölən və yaralananlar var

DÜNYA
14:08
15 Aprel 2021
71

Ermənistanda hərbçilərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Sabah.az “shamshyan.com” saytına istinadən xəbər verir ki, yol qəzası Kotayk vilayətinin Aramus kəndinin ərazisində qeydə alınıb.

Hadisə aprelin 15-nə keçən gecə, saat 01:00 radələrində baş verib. Sürücü idarə etdiyi avtomobillə 6 hərbçini vurub. Qəza nəticəsində iki hərbçi hadisə yerində ölüb. Digər 4 yaralı isə xəstəxanaya yerləşdirilib.

Qəzanı törətməkdə şübhəli bilinən 34 yaşlı Karen Mikaelyan saxlanılıb. Onun avtomobili idarə edərkən sərxoş olduğu müəyyən olunub.

Ermənistanın Müdafiə Nazirliyi Kotayk vilayətində baş vermiş yol qəzasında iki hərbi qulluqçunun ölməsi faktını təsdiqləyib.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti