Ermənistanda Rusiya hərbi bazası genişləndiriləcək

DÜNYA
13:38
14 Aprel 2021
73

"Rusiya və Ermənistan 102-ci Rusiya hərbi bazasının imkanlarını genişləndirmək, xüsusən də Sünikdə dayaq məntəqəsi yaratmaq məsələlərini müzakirə edir".

Sabah.az “Sputnik Ermənistan”a istinadən verdiyi məlumata görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin bugünkü iclasında deyib.

Rusiya ilə hərbi ittifaqın ölkənin təhlükəsizliyində vacib əhəmiyyətə malik olduğunu bildirən Baş nazir, hərbi baza imkanlarının genişləndiriləcəyini açıqlayıb.

“Ermənistanın xarici təhlükəsizliyinin dayağı erməni-rus hərbi ittifaqı və onu möhkəmləndirən onlarla beynəlxalq hərbi və strateji müqavilələr və müttəfiqlərlə qarşılıqlı öhdəliklərdir”, -  deyə Paşinyan qeyd edib.

Onun sözlərinə görə, təhlükəsizliyin təmin edilməsi baxımından erməni-rus döyüş qruplarının fəaliyyəti və vahid Hava Hücumundan Müdafiə sistemi mühüm praktiki əhəmiyyət kəsb edir.

Xəbər lenti