Paşinyan Qasparyanın müharibənin dayandırılması barədə dediklərini təkzib etdi

DÜNYA
11:55
14 Aprel 2021
94

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin bugünkü iclasında Qarabağda baş vermiş müharibənin bir sıra detallarına toxunub.

Sabah.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Paşinyan bildirib ki, son vaxtlar adıçəkilən mövzuya dair bir sıra spekulyasiyalar dolaşır, bunlara aydınlıq gətirilməlidir.

Baş nazir Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Onik Qasparyanın 2020-ci ilin noyabr ayında dediyi açıqlamaya münasibət bildirib. Belə ki, müharibənin 4-cü günündə Qasparyanın hərbi əməliyyatlarının dayandırılmasının vacibliyi barədə dediyi fikrin reallıqla heç bir əlaqəsi yoxdur: “Onik Qasparyan belə bir söz deməyib, onun dedikləri rəsmi şəkildə yazılıb, o cümlədən stenoqrama var. Söhbət Təhlükəsizlik Şurasının 30 sentyabr 2020-ci il tarixli iclasından gedir. Həmin iclasda Qasparyan dedi ki, əksinə, düşmən heç bir uğur əldə edə bilməyib, ordu qarşıya qoyulmuş tapşırıqları icra edir və sona qədər öz tapşırıqlarını yerinə yetirəcək”.

Bundan əlavə Paşinyan qeyd edib ki, Qasparyanın sentyabrın 30-da belə bir şey deməsi mümkün deyildi. Belə ki, ondan bir ay əvvəl, 21 avqustda keçirilən Təhlükəsizlik Şurasının iclasında Baş Qərargah rəisi öz hesabatında, Qarabağ istiqamətində erməni tərəfinin mövcud qüvvələr və vasitələrlə düşmənin hücumunu dəf etməkdən əlavə ordu birləşmələrini də darmadağın edə biləcəyini bildirmişdi.

Xəbər lenti