Peyvənd olunanların sayı 1,2 milyonu keçdi

SƏHİYYƏ
16:55
13 Aprel 2021
70

Bu gün Azərbaycanda 34 976 doz vaksin vurulub.

Sabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 28 777 təşkil edib, ikinci mərhələdə isə bu rəqəm 6199 olub.

Ümumilikdə, indiyədək ölkədə 1 212 163 doz vaksin vurulub. Bunlardan 787 066-sı birinci mərhələ, 425 097-si isə ikinci mərhələ vaksinasiyadır.

Xəbər lenti