Buraxılış imtahanlarına 2 gün qalıb

TƏHSİL
10:24
13 Aprel 2021
72

Dövlət İmtahan Mərkəzi tərəfindən 15-16 aprel tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

Sabah.az xəbər verir ki, imtahanlar respublikanın 25 şəhər və rayonunda təşkil olunacaq.

İmtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Əlavə məlumatı DİM-in saytından əldə edə bilərsiz.

Xəbər lenti