Ərdoğan və Putin razılığa gəldi - İdlibdə atəşkəs elan olunacaq

DÜNYA
22:25
5 Mart 2020
73

Rusiya və Türkiyə Prezidentləri - Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında Kremldə keçirilən görüş yekunlaşıb.

Sabah.az türk mətbuatına istinadən xəbər verir ki, 6 saatdan çox davam edən toplantıdan sonra hər iki ölkə lideri danışıqların yekunlarına dair birgə mətbuat konfransı keçirib.

Ortaq qərara əsasən, bu gecədən etibarən Suriyanın İdlib şəhərində atışmalar dayandırılacaq və atəşkəs elan ediləcək. Bildirilib ki, 6 mart saat 00:01-dən etibarən İdlibdə atəşkəs elan olunacaq.

Xəbər lenti