Gürcüstanda koronavirusun üçüncü dalğası başladı

DÜNYA
14:34
12 Aprel 2021
79

“Gürcüstanda koronavirus pandemiyasının üçüncü dalğası başlayıb”.

Sabah.az xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze brifinqdə deyib.

O, ölkədə epidemioloji vəziyyətin getdikcə daha da ağırlaşdığını bildirib:

“Bir çox ölkələrdə virusun yayılmasının üçüncü dalğası müşahidə edilir. Gürcüstanda da üçüncü dalğanın başladığını deyə bilərik”.

Xəbər lenti