İrəvanda itkin düşənlərin yaxınları MN-in binasını mühasirəyə alıb

DÜNYA
10:28
9 Aprel 2021
63

Ermənistanda Qarabağ müharibəsi zamanı itkin düşənlərin yaxınları ölkənin müdafiə idarəsinin binasını mühasirəyə almağa davam edirlər. 

Sabah.az xəbər verir ki, artıq 24 saatdır ki, binadakı insanlar oranı tərk edə bilmirlər.

“Sputnik Ermənistan”ın müxbirinin hadisə yerindən verdiyi məlumata görə, həm piyadalar, həm də avtomobil nəqliyyatı üçün bütün yollar bağlanıb.

Aksiya aprelin 8-də səhər saatlarında başlayıb. İtkin düşənlərin yaxınları maşınlarla Müdafiə Nazirliyindən bütün giriş və çıxışları bağlayıblar. Etirazçılar ilə danışıqlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılıb və vətəndaşları idarənin binasının mühasirəsini dayandırmağa çağırsalar da, etirazçıları razı salmaq mümkün olmayıb.

Bu gün səhər isə etirazçılar nazirlik binasının üzərinə helikopterin endiyini görüblər. Helikopterdə müdafiə naziri Vaqarşak Harutyunyanın olduğu ehtimal olunub.

Xəbər lenti