Koçaryan Paşinyanı məhkəməyə verdi

DÜNYA
15:03
8 Aprel 2021
68

Ermənistanın sabiq prezidenti Robert Koçaryan Baş nazir Nikol Paşinyanı məhkəməyə verib.

Sabah.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistanın məhkəmə məlumat sistemində qeyd olunub.

İddia məhkəməyə aprelin 7-də daxil olub. İddiaya İrəvan məhkəməsində hakim Artur Mkrtçyanın sədrliyi ilə baxılacaq.

İddiada R.Koçaryanın böhtan atmaqla ona qarşı səsləndirilən ifadələrin təkzib edilməsi, pozuntu nəticəsində vurulmuş maddi və mənəvi ziyanın müqabilində 4 milyon dram (təxminən 8 min dollar) ödənilməsi tələb olunur.

Xəbər lenti